"Mançester Siti" Kovaçiçi transfer etmək istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç "Mançester Siti" ilə 30 milyon funt-sterlinq dəyərində müqavilə bağlaya bilər. SİA BBC Sport-a istinadən xəbər verir ki, 29 yaşlı xorvatiyalı yarımmüdafiəçi Premyer Liqa çempionlarına 25 milyon funt-sterlinq ilkin ödənişlə 5 milyon funt-sterlinq potensial əlavələrlə qoşulmağa hazırlaşır.

"Çelsi" isə yeni baş məşqçisi Maurisio Poçettino üçün böyük heyətini ixtisar edərək oyunçularını satmağa davam edir. Həmyerli yarımmüdafiəçi N'Qolo Kante də Səudiyyə Ərəbistanında "Əl-İttihad"a keçməyə razılıq verərək, yola düşür.

Qeyd edək ki, Kovaçiç 5 illik daimi müqavilə imzalamadan əvvəl 2019-cu ildə “Real Madrid”dən "Çelsi"yə keçib.
Kovaçiç keçən mövsüm "Çelsi"nin heyətində bütün yarışlarda 37 oyun keçirib. O, 2021-ci ildə Çempionlar Liqasının qalibi “Çelsi”nin bir hissəsi olub. Beynəlxalq səviyyədə Kovaçiç Xorvatiya yığmasının heyətində 95 oyun keçirib və 3-cü yerə çıxdıqları 2022-ci il Dünya Kubokunda hər oyuna çıxıb.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə