Azərbaycan gimnastı Xüsusi Yay Olimpiya Oyunlarında daha iki medal qazanıb
Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub.
SİA xəbər verir ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəni təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda topla qızıl, gürzlər və halqa ilə hərəkətlərin icrasında isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, idmançı daha əvəvl çoxnövçülük proqramında bürünc medal əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB