"Çelsi"nin və Fransa millisinin yarımmüdafiəçisi N'Qolo Kante Səudiyyə Ərəbistanın "Əl-İttihad" komandası ilə müqavilə imzalayıb. SİA BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi iyunun sonunda başa çatır. Kante klubla 86 milyon funt-sterlinq dəyərində üç illik müqavilə imzalayıb. Futbolçu zədələrlə mübarizə aparıb və 2022-2023 mövsümündə "Çelsi"nin heyətində 9 oyuna çıxıb. Bu addım Kante üçün İngiltərə futbolunda onun çox uğurlu dövrünə son qoyur.
Kante Səudiyyə Ərəbistanında Benzema və beşqat "Qızıl top" sahibi Kriştiano Ronaldoya qoşulur. Qeyd edək ki, “Çelsi”yə keçməzdən əvvəl 2015-2016 mövsümündə “Leicester City”nin Premyer Liqanı qazanmasına kömək etdi. "Çelsi"də Kante Çempionlar Liqası, Premyer Liqa, Avropa Liqası və İngiltərə Kubokunun qalibi olub.
O, 2016-2017-ci illər üçün Futbol Yazıçıları Assosiasiyası tərəfindən ilin futbolçusu və Peşəkar Futbolçular Assosiasiyasının ilin ən yaxşı oyunçusu seçilib. O, həmçinin Fransanın 2018-ci ildə Dünya Kubokunu qazanmasında mühüm rol oynayıb.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB