"Savadlı gənclərin yetişməsi üçün regionlarda işlər aparmalıyıq" - Fərid Qayıbov

"Savadlı gənclərin yetişməsi üçün regionlarda işlər aparmalıyıq" - Fərid Qayıbov

"Düşünürəm ki, "Yüksəliş" müsabiqəsi hər bir gənc üçün bir şansdır. Çünki onlar bu yarış vasitəsilə öz potensiallarını göstərə bilir. Yarışın qalibləri bir-biri ilə tanış olur və maraqlı əməkdaşlıq edirlər. Hesab edirəm ki, bu müsabiqə daha da inkişaf etdirilməlidir. Ölkəmizə lazımlı bir müsabiqədir". SİA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "İnsan Resursları 2023" adlı tədbirdə söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda savadlı gənclər çoxdur: "Bu gənclərin yetişdirilməsi üçün bir neçə qurum çalışır. Təbii ki, paytaxt Bakı bu mövzuda fərqlənir. Çünki burada imkanlar daha çoxdur. Ona görə biz daha çox regionlarımızda işlər aparmalıyıq. Amma bununla belə yüksək bal toplayan gənclərimizin bir çoxu elə region sakinləridir. Bu o deməkdir ki, orada da müəyyən işlər görülür".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə