Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib

Azərbaycanın U-21 yığması yoldaşlıq oyununda qələbəni əldən verib

Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. SİA xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.

"Dalğa Arena" oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı 61-ci dəqiqədə Murad Vəliyev açıb. Lakin qonaqlar 79-cu dəqiqədə Mirlan Berberdinovun qolu ilə məğlubiyyətdən qaçıblar.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması daha əvvəl türkiyəli həmyaşıdlarına 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə