Messinin "İnter Mayami"də debüt edəcəyi vaxt açıqlandı

Messinin "İnter Mayami"də debüt edəcəyi vaxt açıqlandı

Lionel Messinin "İnter Mayami"də debüt edəcəyi vaxt dəqiqləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Argentinalı forvard ABŞ təmsilçisinin heyətində ilk dəfə iyulun 21-də "Kruz Azul"la qarşı oynayacaq.

Bu məlumatı klub prezidenti Xorxe Mas da təsdiq edib.

Qeyd edək ki, mövsümün sonunda PSJ-dən ayrılan Lionel Messi iyulun 1-də "İnter Mayami" ilə müqavilə imzalayacaq. Keçid rəsmi olraq təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə