Azərbaycan yığmasının rəqibləri bəlli olub

Azərbaycan yığmasının rəqibləri bəlli olub

Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

SİA-nın əldə etdiyi məlumata görə, mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com