Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezidentlər seçildi

Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezidentlər seçildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.

ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Hikmət Səmədovun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib. Səsvermə nəticəsində Hikmət Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında digər təkliflər səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə