"Çelsi" " Leypsiq"in hücumçusunu 52 milyon funt-sterlinqə transfer edib

"Çelsi" " Leypsiq"in hücumçusunu 52 milyon funt-sterlinqə transfer edib

“Çelsi” “RB Leypsiq”dən 25 yaşlı Kristofer Nkunku ilə 6 illik müqavilə imzalayıb. SİA BBC-yə istinadən xəbər verir ki, Kristofer Nkunku “RB Leipsiq”dən ayrılaraq 52 milyon funt sterlinq dəyərində müqavilə bağlayıb. Müqavilə iyulun 1-dən qüvvəyə minir.

Kristofer Nkunku təəssüratlarını belə bölüşür: “Çelsiyə qoşulduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Məni kluba gətirmək üçün böyük səy göstərildi və mən yeni məşqçim və komanda yoldaşlarımla tanış olmağı və “Çelsi” tərəfdarlarına meydanda nə edə biləcəyimi göstərməyi səbirsizliklə gözləyirəm. Liqa 1 və Bundesliqada oynamışam, indi dünyanın ən güclü liqalarından biri olan Premyer Liqada oynamaq istəyirəm. Mən bunun üçün çox həyəcanlıyam və “Çelsi” formasını geyinməkdən qürur duyuram”.

Qeyd edək ki, Kristofer Nkunku 2022-2023-cü illərdə Leypsiq üçün Bundesliqada 25 matçda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə