Gimnastlarımızı qarşıda hansı yarışlar gözləyir? - BAŞ MƏŞQÇİ BİLDİRDİ
“Təlim-məşqlər gimnastların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Burada biz gənc idmançıları yoxlayırıq. Peşəkar səviyyədə idmanla məşğul olan hər bir idmançı gənc yaşlarından məşq yükünə, gün ərzində üç dəfə keçirilən məşqlərə uyğunlaşmalıdır. İdmançılar Milli Gimnastika Arenasında gün ərzində 3 dəfə qidalanır, vitaminizasiya ilə təmin olunur və bərpaedici məşqlərdə iştirak edirlər. Gərgin məşqlərlə yanaşı, onların bərpa olunmaları da çox vacib amildir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq idman gimnastikası üzrə yığma komandanın baş məşqçisi Ruslan İrqaşev deyib.
Baş məşqçi sözlərinə davam edərək yığma komandanın üzvlərini qarşıda bir sıra mötəbər yarışların gözlədiyini bildirib: “Hazırda yığmada 15 idmançımız iştirak edir. Azərbaycan yığma komandasının üzvü Aydın Əlizadə iyulun sonunda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşır. Daha sonra idmançılarımızı Çində keçiriləcək Yay Universiadası gözləyir. Bu yarışda yığma komandamızın üzvləri İvan Tixonov və Nikita Simonov qüvvəsini sınayacaq. Hər iki idmançımız avqust və sentyabr aylarında keçiriləcək Dünya kuboku yarışlarında və Olimpiya Oyunlarına iştirak hüququ verəcək dünya çempionatında qüvvələrini sınayacaqlar”.
Onun sözlərinə görə, məşqlərdə idmançılar çox yorulur. Çünki onlar gündə bir dəfə ağır səviyyədə məşq edirlər. Bu, bir müddətlik əziyyətdir. İdmançılarımız artıq bu çətinliklərə, ağır məşqlərə tab gətirməlidir. Çətinliklər onları məqsədlərindən döndərməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB