" Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım"
“İkinci hissənin sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq”. SİA Matc.az-a istinadən xəbər verir ki, bu sözlər Estoniya yığmasının baş məşqçisi Tomas Heberliyə məxsusdu.
İsveçrəli mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransında fikirlərini bölüşüb:
“Ümumilikdə qarşılıqlı fürsətlər oldu. Bu mənada 1:1 hesabından razı qalmaq olar. Rəqib hesabda geridə idi, nəsə etməli idi. Fasilədən sonra sistemi dəyişdilər. Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım. Hətta şanslarımızdan yararlana bilmədik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB