"Real”dan ayrılan Eden Azar hələ də heç bir komanda ilə anlaşmayıb.
SİA-nın əldə etdiyi məlumata görə, belçikalı forvard karyerasını bitirməyi düşünür.
32 yaşlı ulduz futbolçu MLS klublarının diqqət mərkəzindədi. Lakin o, futboldan getməyi və ailəsi ilə birlikdə Madriddə yaşamağı planlaşdırır.
Qeyd edək ki, “Real” bir neçə gün əvvəl Azarla müqaviləyə xitam verildiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB