Futbol klubu fəaliyyətini dayandırdı

Futbol klubu fəaliyyətini dayandırdı

AFFA Region Liqasında 2022/23 mövsümünün finalçısı "Çinar Zəngilan" klubu fəaliyyətini dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı komandanın baş məşqçisi Anar Zahidoğlu yayıb.

O, bundan sonra klubun heç bir turnirdə iştirak etməyəcəyini bildirib.

Mövzu ilə bağlı Anar bəylə əlaqə saxlanılıb. Çalışdırıcı, yeni yaradılan İkinci Diviziona buraxılmadıqları üçün bu addımı atdıqlarını söyləyib

Xatırladaq ki, "Çinar Zəngilan" Region Liqasının final oyununda "Qusar"a 0:2 hesabıyla uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə