"Komandamız festivalda Azərbaycanı uğurla təmsil edəcək" - BAŞ MƏŞQÇİ DANIŞDI
"2019-cu ildə Bakıda seksiyalar açdıq. Pandemiyadan sonrakı dönəmdə festival keçirdik. Hazırda komandamız 33 nəfərdən ibarətdir və Amsterdamda təşkil olunacaq yarışa yollanacaq. Düşünürəm ki, onlar Azərbaycanı uğurla təmsil edəcəklər”. SİA xəbər verir ki, bu sözləri gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i ilə bağlı mətbuat konfransında gimnastika hamı üçün növü üzrə baş məşqçi, Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü Ruslan Eyvazov deyib.
Baş məşqçi Azərbaycanda “Qızıl yaş” festivalının olduğunu xatırladıb: “Hansı ki, 50 yaşdan yuxarı insanlar iştirak edirlər. İlk vaxtlar düşünürdüm ki, çətin olacaq, çünki onlardan gəncəm. İlk olaraq 6 gimnastla başlamışdıq. Bu ildən etibarən “Qızıl yaş”da ikinci komandamız da var. Bu festivalda 60 yaşdan yuxarı şəxslər də iştirak edəcəklər. Həmçinin, Lənkəran uşaq evindən olan gimnastlarımız bu tədbirə qatılacaqlar. Uşaq evi sakinləri bir ildir məşq edirlər. Məşqçimiz Aygül Novruzova həftədə iki dəfə onlara məşq keçir. Bu il ilk dəfə festivalımıza qatılacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB