"Gimnastika hamı üçün növünün bütün ölkələri əhatə etməsini istəyirik" - Hlif Thorgeirsdottir

"Gimnastika hamı üçün növünün bütün ölkələri əhatə etməsini istəyirik" - Hlif Thorgeirsdottir

"Artıq Avropada gimnastika hamı üçün növü üzrə müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə insanların yaş, cins və s. kateqoriyası heç də əhəmiyyətli deyil. İstənilən insan bizə qatıla bilər". SİA xəbər verir ki, bu sözləri gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i ilə bağlı mətbuat konfransda Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə texniki komitəsinin prezidenti Hlif Thorgeirsdottir deyib.

O bildirib ki, bugünkü gündə Azərbaycanda beynəlxalq Challenge-in keçirilməsinə çox şaddır: "Biz hər dəfə çalışırıq ki, bu idman növü daha da kütləviləşsin və daha çox ölkəni əhatə etsin. Azərbaycanda da müşahidə etdim ki, hər kəs bu sahədə birgə çalışır. Burada ab-hava çox yaxşıdır və mən sizinlə çalışmaqdan çox məmnunam".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə