Millətlər Liqası: "Dördlər finalı"nda növbəti yarımfinal oyunu keçiriləcək
UEFA Millətlər Liqasının "Dördlər finalı"nda bu gün ikinci finalçı bəlli olacaq. SİA-nın məlumatına görə, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.
Niderlandın Ensxede şəhərindəki "Tvente stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Bu matçın qalibi finalda Xorvatiya millisinə rəqib olacaq.
UEFA Millətlər Liqası
"Dördlər finalı"
Yarımfinal
15 iyun
22:45. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, "Feyenoord Stadionu"
Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB