“Barselona” “Vilyarreal”ın futbolçusunu istəyir

“Barselona” “Vilyarreal”ın futbolçusunu istəyir

"Vilyarreal”ın futbolçusu Aleks Baena “Barselona”ya keçə bilər. Qeyd edək ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, Baena yanvarda klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Kataloniyalılar “Mançester Siti” ilə müqaviləsi başa çatan yarımmüdafiəçi İlkay Gündoğanın hansı qərar verəcəyini gözləyir. Maddi durum imkan versə, “Barselona” hər iki futbolçunu transfer edəcək.

Baena 2022/23 mövsümündə La Liqada 35 oyunda 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə