Azərbaycan millisinin qapıçısı komandasını dəyişib

Azərbaycan millisinin qapıçısı komandasını dəyişib

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev komandasını dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, son mövsümü “Qəbələ”də keçirən təcrübəli qolkiper paytaxt klubu ilə razılıq əldə edib.

O, “Səbail”lə bir illik sözləşmə imzalayıb. Qeyd edək ki, 32 yaşlı qolkiper karyerası ərzində “İnter”, MOİK, “Sumqayıt”, “Neftçi” və “Sabah” kimi komandalarda forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə