“Qəbələ” klubu məşqçilər korpusu ilə müqaviləni yeniləyib

“Qəbələ” klubu məşqçilər korpusu ilə müqaviləni yeniləyib

“Qəbələ” futbol klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub. Əvvəlki müqavilələri 2022-2023-cü il mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.

Xatırladaq ki, E.Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə