Levandovski Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Levandovski Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanı klubuna keçmək niyyətində deyil.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, "Mundo Deportivo"ya açıqlamasında deyib: “Mənim üçün bu məsələyə heç baxılmır. Üstəlik, "Barselona" ilə müqaviləm hələ bir müddət qüvvədədir. Ərəb futbolunda baş verənləri görürəm, amma başqa prioritetlərim olduğu üçün bu, məni maraqlandırmır”.

Qeyd edək ki, Levanovski 2022/2023 La Liqada 34 oyuna çıxıb, 23 qol vurub və 7 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə