KİV-lər arasında mini-futbol üzrə “Xatirə Kuboku” turniri başa çatıb
“SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında mini-futbol üzrə “Xatirə Kuboku” turniri keçirilib. SİA-nın verdiyi məlumata görə, mayın 13-də start götürən turnirdə 16 komanda: “SƏS” Media Qrupu, AzTV, ATV, Xəzər TV, ARB TV, AzərTAC İA, Trend İA, APA İA, Report İA, “Teleqraf” Media Qrupu, "İki Sahil" qəzeti, "Yeni Müsavat" qəzeti, “Təzadlar” qəzeti, “Futbol+” qəzeti və “İdmanxəbər.az” saytının komandaları 4 qrupda mübarizə aparıblar.
Yarışlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi peşəkar hakimlər briqadası tərəfindən idarə olunub.
Birdövrəlik sistem üzrə keçirilən yarışda hər qrupdan ilk iki yeri tutan komandalar yarışın ikinci mərhələsində “Xatirə Kuboku” uğrunda mübarizyə başlayıblar.
Əvvəlcə 1/4 , ardınca isə 1/2 final mərhələ oyunlarından sonra turnirin finalında iştirak edəcək komandalar müəyyənləşib. Beləliklə 3-cü yer uğrunda yarışda ATV və ARB TV komandaları üz-üzə gəliblər. Qarşılaşma ARB TV-nin 7:4 hesablı qələbəsi ilə başa çatıb.
Sonra 1-ci yer uğrunda APA İA və AzTV komandaları üz-üzə gəlib. Qarşılaşma 4:0 hesabı ilə AzTV komandasının xeyrinə başa çatıb. Beləliklə, AzTV komandası “Xatirə Kuboku”nun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB