“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırdı

“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırdı

“Fənərbaxça”nın baş məşqçisi Jorje Jezus İstanbul təmsilçisindən ayrılıb. SİA xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə özü məlumat verib.

O, ötən gecə Türkiyə kubokunun “Başakşəhər”lə final oyunundan (2:0) sonra komandadan getdiyini bəyan edib.

Jezus “Fənərbaxça”nı mövsümün əvvəlindən çalışdırırdı. O, bu komandaya 9 il sonra titul qazandırsa da, müddəti bitən müqaviləsini yeniləmək istəməyib və azad agent kimi ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə