"Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibləri müəyyənləşib - FOTOLAR
İnemiliaromagna" (54:22:28) klubu birinci yerə layiq görülüb. Qazaxıstanın "Vino Sko Team" (54:35:58) klubu ikinci, Çinin “China Glory Cycling Team” (54:46:40) klubu üçüncü yerin sahibi olub. SİA xəbər verir ki, Azərbaycan milli komandası (55:28:29) isə yarış cədvəlinin 9-cu pilləsində yer alıb.
Yarışdan sonra Şuşa şəhərinin mərkəzində yerləşən "Qarabağ" otelində mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, daxili işlər nazirinin müavini İsmət Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və digər rəsmi şəxslər iştirak ediblər.
Müvafiq təsnifatlar üzrə qaliblər kubok, medal, sarı, yaşıl, qırmızı və ağ köynəklərlə təltif ediliblər.
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən mötəbər yarışa təyin olunmuş hakimlər velotur zamanı təhlükəsizlik işlərindən çox razı qalıb, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB