Avropa Kata çempionatında ilk iştirakımız olacaq

Avropa Kata çempionatında ilk iştirakımız olacaq

Azərbaycan cüdoçuları iyunun 12-13-də Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında ilk dəfə iştirak edəcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İyirmi bir ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.

Qeyd edək ki, idmançılarımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.

Kata çempionatının ilkin yarışları iyunun 12-də başlayacaq, finallar isə iyunun 13-də keçiriləcək. İyunun 14-də Podçetrtek şəhərində Kodokan seminarı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə