"Əziz Şuşa" beynəlxalq velosiped yarışına yekun vurulub - YENİLƏNİB - FOTOLAR

"Əziz Şuşa" beynəlxalq velosiped yarışına yekun vurulub - YENİLƏNİB - FOTOLAR

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, yarışa Beyləqan Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Sonuncu mərhələdə idmançılar Beyləqan-Şuşa marşrutu üzrə hərəkət ediblər. Ümumilikdə, velosipedçilər 132,2 kilometr məsafə qət ediblər.

Sonuncu mərhələnin nəticələrinə görə, birinci yerin sahibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Emanuele Ansaloni, ikinci yer Rumıniya komandasının üzvü Kristian Raileanu, üçüncü yeri İtaliya komandasının üzvü Martin Nessler olub.

Bütün xəbərlər Facebook səhifəmizdə