Kevin De Bruyne final oyununda mübarizəni erkən başa vurub

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne ikinci dəfə UEFA Çempionlar Liqasının final oyununda mübarizəni erkən başa vurub. SİA xəbər verir ki, futbolçu "İnter"lə matçda zədə səbəbindən meydanı tərk edib.

Turnirin 2022-2023-cü il mövsümünün həlledici matçında Kevin De Bruyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Otuz iki yaşlı yarımmüdafiəçi ikinci dəfə UEFA Çempionlar Liqasının final matçını başa vura bilməyib. 2020-2021-ci il mövsümündə “Çelsi”nin heyətində çıxış edən futbolçu 60-cı dəqiqədə əvəzlənib. İlk hissədə Kay Havertsin qolu sayəsində qələbəni London komandası qazanıb.

Hazırda “Mançester Siti” – “İnter” matçı davam edir və oyunda hesab açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə