Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik

Bu gün yarış çox maraqlı başladı. Yarışın ilk dəqiqələrindən idmançılar irəli atıldılar. İtaliya komandasının iki velosipedçisi lider oldu. Sonda mərhələnin lideri Alessandro Monaco, ikinci yerin sahibi isə Emanuele Ansaloni oldu. Sabahkı Şuşa mərhələsini səbirsizliklə gözləyirik. SİA xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.
Dördüncü mərhələnin qalibi italiyalı Alessandro Monaco uğurlu mərhələyə görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Bu gün mənim və komandam üçün gözəl bir gün keçdi. Sevinirəm ki, Emanuele sarı köynəyi qorumağı bacardı. Sabahkı şah-marşrut üçün də hazırlaşırıq”.

İkinci yerin sahibi italiyalı Emanuele Ansaloni bu mərhələdə uğurlu çıxış etdiyi üçün məmnunluğunu bildirib: “Lider köynəyimi özümdə saxladığım üçün çox xoşbəxtəm. Sabah keçiriləcək mərhələ üçün yaxşı hazırlaşırıq. Məqsədim ümumi təsnifat mərhələsinin qalibi olmaqdır.

Dördüncü mərhələnin ən yaxşı dağ velosipedçisi olan Azərbaycan komandasının üzvü Samir Cəbrayılov təəssüratlarını bölüşüb: “İlk mərhələdən çalışırdım ki, xal qazanaraq qırmızı köynəyin sahibi olum. Mənim əsas rəqibim qazaxıstanlı velosipedçi idi. Bu gün əlimdən gələn hər şeyi etdim”.

Birinci təsnifat mərhələsində ikinci idim. Taktikadan istifadə edərək 10 xal qazandım. Bütün gücümü sabah keçiriləcək mərhələyə saxlamışam”.

Bütün xəbərlər Facebook səhifəmizdə