Azərbaycan yelkənçiləri dünya çempionatında iştirak edəcəklər

Azərbaycan yelkənçiləri dünya çempionatında iştirak edəcəklər

Azərbaycan yelkənçiləri İspaniyanın Kosta Brava şəhərində keçiriləcək 2023 Optimist Dünya Çempionatına qatılacaqlar. Federasiyadan SİA-ya verilən məlumata görə, yarışda ölkəni Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək.

İdmançılar mundiala məşqçi Yasin Çakır və Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianninin rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, dünya çempionatı 15-25 iyunda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə