Bu gün Avropada klub səviyyəsində futbol mövsümünə yekun vurulacaq.
SİA-nın əldə etdiyi məlumata görə, “Mançester Siti” və “İnter” arasında baş tutacaq final oyunundan sonra Çempionlar Liqasının qalibi də bəlli olacaq.
Həlledici qarşılaşma Türkiyədə, İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək. Polşalı FİFA hakimi Şimon Marçinyak idarə edəcəyi oyunun start fitini Bakı vaxtı ilə saat 23:00-da səsləndirəcək.
İngilislər favoriti olduğu matçda qələbə qazanarsa, mövsümü trebllə başa vuracaq. “Siti” bunadək İngiltərə Kubokunun və Premyer Liqanın qalibi olub.
10 iyun
Çempionlar Liqası, final
“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
İstanbul, Atatürk Olimpiya stadionu. Hakim: Şimon Marçinyak
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB