"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan "Barselona"ya keçməyə yaxındır.
SİA Qol.az-a istinadən xəbər verir ki, türkəsilli almaniyalı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə 3 illik müqaviləyə şifahi razılıq verib.
Danışıqlarda Kataloniya klubunun baş məşqçisi Xavinin böyük rol oynadığı qeyd edilir. O, futbolçunu inandırıb ki, heç bir klub “Barselona” ilə bərabər ola bilməz. Bundan əlavə, Xavi Gündoğana start heyətində yer almağa zəmanət verib.
Daha əvvəl PSJ-nin 32 yaşlı oyunçu ilə maraqlandığı bildirilirdi. 2022/2023 mövsümündə yarımmüdafiəçi "Mançester Siti"nin heyətində 50 oyuna çıxıb, 11 qol vurub və 7 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB