XXXI Ümumdünya Yay Universiadasının rəsmi gerisayımına start verilib

XXXI Ümumdünya Yay Universiadasının rəsmi gerisayımına start verilib

İyulun 28-dən avqustun 8-dək Çinin Çenqdu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasının rəsmi gerisayımına bu gün start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan bu yarışda əvvəlki illərlə müqayisədə rekord sayda – 103 idmançı ilə təmsil olunacaq.

İdmançılarımız Universiadada kamandan oxatma, basketbol, atıcılıq, cüdo, tennis, bədii gimnastika, uşu, taekvondo, voleybol, badminton, stolüstü tennis, idman gimnastikası, atletika, üzgüçülük, qılıncoynatma və akademik avarçəkmə idman növlərində yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə