"Gücümüzü dağ mərhələlərinə yönəltmişik" - YARIŞÇI BİLDİRDİ

"Bu turnirdə ilk dəfədir iştirak edirəm. Təşkilatçılıq və buradakı insanlardan çox məmnunuq. Yarış çox maraqlı keçir". Bu sözləri Almaty Astana motors komandasının iştirakçısı Remkhi Rudolf "Əziz Şuşa beynəlxalq velosiped yarışının III mərhələsindən öncə SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, birinci mərhələnin marşrutu dağlıq ərazidən keçirdi, hava küləkli idi: "Komandamız 11 nəfərdən ibarət idi, finişə 10-cu çatdım. Dünənki mərhələdə komanda yoldaşımız səkkizinci yerdə qərarlaşdı. Yarış bizim üçün hələ orta səviyyədə davam edir. Bu mərhələdən gözləntilərimiz azdır. Hələki düzənlik yerdə sürürük. Qarşıda bizi dağlıq yollar gözləyir. Gücümüzü dağ mərhələlərinə yönəltmişik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə