"İlk dəfədir bu yarışda iştirak edirəm" - İDMANÇI DANIŞDI

"Əziz Şuşa" beynəlxalq velosiped yarışında ilk dəfədir iştirak edirəm. Tədbir yüksək səviyyədə təşkil olunub. Hər bir şərait yaradılıb. Hava da mülayim keçir". Bu sözləri SİA-ya açıqlamasında Almaty Astana Motors komandasının velosipedçisi Anton Kuzmin deyib.

Velosipedçi qeyd edib ki, yarış spesifik olmaqla yanaşı mürəkkəbdir: Yol boyu küləkli hava şəraitində yarışır, düzənlik, dağlıq ərazilərdən keçirik. Dağ mərhələlərində hər kəs öz bacarıqlarını nümayiş etdirə bilər. Bugünkü mərhələnin marşrutu düzənlik ərazidən keçəcək, finişə doğru sprinter yarışı gözlənilir. Ümid edirik ki, bu gün yaxşı nəticə göstərə biləcəyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə