"Bu gün biz üçüncü mərhələni keçirəcəyik". Bu sözləri SİA-ya "Əziz Şuşa" beynəlxalq velosiped yarışı barədə fikirlərini bölüşən Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva deyib.
O bildirib ki, idmançılar Qəbələdən start götürüb 170 km qət edərək finişi Gəncə şəhərində başa vuracaqlar: "Bu yarış sürətli olacaq. Eyni zamanda, idmançılar bu mərhələdə biraz dincələ biləcəklər. Çünki qarşıda bizi çox çətin Göygöl və Şuşa mərhələləri gözləyir".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə