Benzemanın açıqlaması etirazla qarşılandı

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubuna keçən fransalı forvard Kərim Benzema maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, o, müsəlman ölkəsi oludğu üçün bu liqanı seçdiyini bildirib:

“Mən müsəlmanam, bura da müsəlman ölkəsidir. Ona görə də Səudiyyə Ərəbistanına gəlməyə qərar verdim”.

Benzemanın bu açıqlaması isə sosial şəbəkələrdə etirazla qarşılanıb. Azarkeşlərin bir çoxu ulduz futbolçunun pulu seçdiyini, lakin yalan açıqlama verdiyini deyib.

Qeyd edək ki, Kərim Benzema “Əl İttihad”da ilinə 100 milyon avro maaş alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə