“Barselona”nın futbolçusu Messinin yeni klubu ilə danışıqlar aparır

“Barselona”nın ispaniyalı futbolçusu Serxio Buskets karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirə bilər. SİA xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ABŞ komandası ilə yanaşı, Səudiyyə Ərəbistanının “Əl-Nasr” və “Əl-Hilal” klubları ilə də danışıqlar aparır.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanında ona daha böyük müqavilə təklif olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə