Levon Aronyan Bakıya gəlməkdən imtina edib?

Levon Aronyan Bakıya gəlməkdən imtina edib?

Ermənistan millisinin sabiq lideri Levon Aronyan şahmat üzrə dünya çempionatı üçün Bakıya getməkdən imtina edib.

“Mən dilemma içindəyəm. Dünya çempionatını çox sevən biri kimi 2023-cü ilin püşkatma mərasimində iştirak etmək istərdim, lakin bir erməni olaraq Bakıda özümü təhlükəsiz hiss etməyəcəyəm”.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu Aronyan tvitter hesabında yazıb.

Qınamayın, təbii ki, xain xoflu olar.

FİDE-nin hibrid turnir formatını təbliğ etdiyini nəzərə alsaq, mən onlayn oynamağa hazıram, deyə qrossmeyster əlavə edib.

Qeyd edək ki, Azərbaycanın paytaxtında keçiriləcək turnir iyulun 29-dan avqustun 25-dək davam edəcək.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə