“Azərbaycanda idmanın beynəlxalq səviyyədə inkişafını görürük” - Avropa Olimpiya Komitələrinin prezidenti
“Biz cənab Qayıbovla uzun vaxtdır ki, dostluq edirik. Düşünürəm ki, Avropa Gimnastika Federasiyasının prezidenti kimi möhtəşəm nəticələrə imza atıb. Bizim həmişə gələcəklə bağlı müzakirə etdiyimiz maraqlı mövzular olur”. SİA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında bildirib.
O, sözlərinə belə davam edib: “Həmçinin, 2015-ci ildə tikilmiş və o vaxtdan bəri istifadəyə verilmiş obyektlərin necə istifadə edildiyini görmək istəyirik. Birinci Avropa Oyunları zamanı tikilmiş bu yerlərin maksimum dərədəcə istifadə edildiyini görməkdən çox məmnunuq. Azərbaycanda idmanın beynəlxalq səviyyədə inkişafını görürük. Məsələn, elə ötən həftə keçirilmiş dünya taekvando çempionatını misal göstərək. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirak etdiyi uğurlu tədbirlərdən biri idi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə