“Azərbaycandan çoxlu sayda idmançılardan ibarət böyük nümayəndə heyəti var” - Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos

“Azərbaycandan çoxlu sayda idmançılardan ibarət böyük nümayəndə heyəti var” - Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos

“Polşada keçiriləcək üçüncü Avropa Oyunlarının başlamasına iki həftə qalıb və biz Avropa Oyunları Koordinasiya Komitəsinin sədri, cənab Həsən Aratla birgə Bakıda görüşlər keçirdik. Qeyd edim ki, o, bu oyunların uğurlu keçməsi üçün böyük işlər görür. Ancaq oyunlara gələndə unutmaq olmaz ki, hər şey Azərbaycanda ilk dəfə keçirilən Avropa oyunlarının uğurlu keçirilməsi ilə başladı və bu, bir çox Avropa çempionatlarını da ölkəyə cəlb etdi. Biz bunu həqiqətən Avropa oyunlarının ilk təşkilatçısı olan Azərbaycana borcluyuq”. SİA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında bildirib.

O sözlərinə belə davam edib: “Bu səbəbdən də biz buraya gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüşməyə gəldik. Onlarla Polşadakı gözləntilər haqqında müzakirə apardıq. Azərbaycandan çoxlu sayda idmançılardan ibarət böyük nümayəndə heyəti var, 80-dən çox idmançı Polşanın Krakov şəhərində yarışmağa hazırlaşır.

Biz hazırkı Avropa Oyunları, növbəti oyunlar və həm də gələcək haqqında çox şey müzakirə etdik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə