"Əziz Şuşa" velosiped yarışının II mərhələsinə start verilib - YENİLƏNİR - FOTOLAR

"Əziz Şuşa" velosiped yarışının II mərhələsinə start verilib - YENİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının II mərhələsi keçirilir. SİA xəbər verir ki, II mərhələyə Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start verilib.

İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km dövrə vurduqdan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Daha sonra isə yarışın II mərhələsinin yekununa həsr olunmuş mətbuat konfransı baş tutacaq.

Xatırladaq ki, ilk mərhələdə Bolqarıstan milli komandasının üzvü Martin Papanov (03.51.39) birinci, İtaliyanının “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni (03.51.39) ikinci, Rumıniya milllisinin üzvü Kristian Railaenu (03.51.39) üçüncü yerə layiq görülüblər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə