Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”yə keçdiyini təsdiqləyib. “Sport-Ekspress”in məlumatına görə, futbolçu Mayamiyə keçmək qərarına gəldiyini bildirib. Doğrudur, Messi müqavilənin 100 faiz bağlanıb-bağlanmadığına hələ əmin olmadığını bildirsə də, lakin “biz orada davam etmək qərarına gəldik” deyib.
Futbolçu Avropanın digər klublarından təklif aldığını, lakin onlara baxmadığını etiraf edib.
“Avropada mən yalnız Barselonaya getmək istəyirdim”-deyən Messi “artıq futbolu fərqli yaşamaq və hər gün ondan həzz almaq vaxtıdır” deyə əlavə edib.
Bu yaxınlarda PSJ Messinin mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. 2021-ci ilin yayından parislilərin heyətində çıxış edən argentinalı, ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.
Qeyd edək ki, SİA bu barədə xarici saytlara istinad edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB