"Əziz Şuşa" yarışının I mərhələsinin qalibinin TƏƏSSÜRATLARI

"Əziz Şuşa" yarışının I mərhələsinin qalibinin TƏƏSSÜRATLARI

“İlk olaraq təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm. İndiyə kimi qatıldığım bütün yarışlardan ən yaxşısı Bakıda olan yarışdır deyə bilərəm”. Bu sözləri SİA-ya açıqlamasında “Əziz Şuşa” beynəlxalq velosiped yarışının I mərhələsinin qalibi Bolqarıstan komandasının üzvü Martin Papanov deyib.

O bildirib ki, Bakıda hava çox isti idi: “Təxminən havanın temperaturu 32-33 dərəcəyə çatmışdı. Su içmək və bədənimizi qidalandırmaq çox vacib idi. Öz komandama da təşəkkür edirəm ki, hava küləkli olduqda və suya ehtiyacım olduqda məndən köməklərini əsirgəmədilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə