Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri bəlli olub.
SİA-nın məlumatına görə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları 28 avqust – 8 sentyabrda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB