Uşaqlar hansı yaş dövründə idmana yönləndirilməlidir? - BAŞ MƏŞQÇİ AÇIQLADI
"Gimnastika və üzgüçülük idman növlərinə uşaqları erkən yaşda qəbul edirlər. Olimpik idman növlərindən olan cüdo, boks və güləşdə isə 7 yaşından qəbul edirlər". Bu sözləri SİA-ya açıqlamasında MMA məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov deyib.

Onun sözlərinə görə, valideynlər ilk növbədə uşaqlarının təhsilinə önəm versinlər: "Uşaqları idmana 10-12 yaşında da yerləşdirmək olar. Uşaqda təhsil önəmlidir və o yaşa qədər müəyyən baza formalaşmalıdır.
Məşqçi seçərkən əsasən klubun harada yerləşməsinə, məşqçilərin nəticələrinə, ali təhsilə diqqət edilməlidir. Çünki idmana kütləvi axın var və hər kəs özü üçün zallarda məşq keçir. Bunun da səbəbi işsizliklə bağlıdır. Çünki insanlar iş tapa bilmir və sonra bir çox idmanla məşğul olanlar məşqçiliyə üz tutur. Ona görə də düzgün məşqi seçimi etmək üçün yaxşı araşdırmaq lazımdır".
Şəhriyar Abbasov sözlərinə belə davam edib: "Vəziyyət elədir ki, kütləvi şəkildə zallar açılıb. Bu pis bir şey deyil. Amma məşqçi seçimi düzgün olmalıdır. Təcrübəli insandan məsləhət almaq lazımdır. Məsləhət görürəm ki, rayonlarda olimpiya idman növlərinə uşaqlarını yönəltsinlər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB