Asensio PSJ ilə müqavilə imzalayacaq

Marko Asensio PSJ ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq. SİA xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Müqavilənin gələn həftə “Real Madrid” azarkeşləri ilə vidalaşdıqdan sonra imzalanacağı gözlənilir.

Qeyd edək ki, Asensio bu mövsüm La Liqada 30 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə