“Neftçi” və “Qəbələ” komandalarının start heyətləri açıqlanıb

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyunu keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.

Hər iki komandanın start heyəti açıqlanıb.

“Neftçi”nin start heyətində İvan Brkiç, Emin Mahmudov, Eddi İsrafilov, Ömər Buludov, İsmayıl Zülfüqarlı, Voyislav Stankoviç, Solomon Kverkveliya, Kenni Sayef, Ataa Caber, Kilan Lebon və Mateus Saldanya yer alıblar.

“Qəbələ”nin heyətində isə meydana Kristof Atanqana, İlkin Qırtımov, Məqsəd İsayev, Murad Musayev, Emil Səfərov, Ramon Maçado, Ruan Renato, İsnik Alimi, Rafael Utziq, Felipe Santos və Əyyub Allaş çıxacaqlar.

“Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb. Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə