Messi PSJ-dən ayrıldığını açıqlayıb

“Paris Sen-Jermen”in argentinalı hücumçusu Lionel Messi Fransa çempionatının final mərhələsi öncəsi komandası ilə vidalaşıb. Sportskeeda yazır ki, 35 yaşlı futbolçu mövsümün sonunda Paris klubunu tərk edəcək.

Messi açıqlamasında "Parisdə keçirdiyim böyük təcrübəyə" görə kluba təşəkkür edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün, iyunun 3-də PSJ Fransa çempionatının son turunu “Klermon”a qarşı keçirəcək.

İspaniyanın “Sport” qəzeti şənbə günü səhər saatlarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun argentinalı hücumçunun transferini iyunun 6-da elan edəcəyini yazıb.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında "Barselona" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi PSJ-yə keçmişdi. Mövsüm ərzində o, 40 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə