“Havr” klubu növbəti mövsüm Fransa Liqa 1-də oynayacaq

“Havr” futbol klubu növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. SİA xəbər verir ki, komanda Fransa Liqa-2-də çempion olaraq buna nail olub. “Havr" 35 oyundan 78 xal toplayıb. Komanda son turda "Dijon"a 1:0 hesabı ilə qalib gəlməklə çempionluğu təmin edib.

Liqa-1-ə ikinci vəsiqəni ikinci yeri tutan komanda qazanacaq. Bu vəsiqə uğrunda “Mets” və “Bordo” mübarizə aparır.

Qeyd edək ki, “Havr” sonuncu dəfə 2008-2009-cu il mövsümündə Liqa 1-də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə