Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə məğlub olub

Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə bürünc medal qazana bilməyib. SİA xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.

Eyni çəkidəki Nurlan Osmanov bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə