"Tezliklə qış idman növləri üzrə məşqlərimiz başlayacaq" - NAZİR BİLDİRDİ
"Bildiyiniz kimi, 1976-cı ildə Heydər Əliyev adına İdman-konsert Kompleksinin təməli qoyulub. Amma əsas zalda buz meydançasının açılışı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf etdi". SİA xəbər verir ki, bu sözləri Heydər Əliyev adına İdman-konsert Kompleksində buz meydançasının açılışı zamanı jurnalistlərə açıqlamasında Gənclər və İdman Naziri Fərid Qayıbov deyib.
O bildirib ki, ölkə başçısının idmana qayğısı nəticəsində Azərbaycanda 100-dən çox idman qurğuları var: "Bu qurğulardan əlavə artıq buz meydançası da fəaliyyət göstərəcək. Qış idman növləri üzrə məşqlərimiz başlayacaq. Artıq məşqçilərimiz də buradadır. Elm və Təhsil Nazirliyinə də öz təşəkkürümü bildirmək istəyirəm ki, bizə dəstək olaraq uşaqları meydançaya topladılar. İstərdim ki, buz meydançasında uşaqların sayı çoxalsın və biz bu zalda gələcək çempionlarımızı yetişdirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB